AUT.AZ

Mariya Stadnik 9-cu dəfə Avropa çempionatının finalında

Aut.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türkiyəli Evin Demirhana tam üstünlüklə qalib gəlib – 14:4. Millimizin lideri fransalı Jüli Sabatyeni 9:3 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Stadnik final yolunda polşalı Ana Lukasyakla güləşib və inamlı qələbə (9:0) qazanaraq 9-cu dəfə Avropa çempionatının finalına yüksəlib. Mariya həlledici görüşdə ukraynalı Oksana Livaçla qarşılaşacaq.

Elnurə Məmmədova (55 kq) təsnifat mərhələsində litvalı Laura Staneliteni vaxtından əvvəl üstələyib – 13:3. Həmyerlimiz 1/4 finalda rumıniyalı Avropa çempionu Andrea Ana ilə qarşılaşıb və güclü rəqibinə müqavimət göstərə bilməyib – 0:11. Ana finala yüksəldiyi üçün Məmmədova 3-cü yer uğrunda güləşmək hüququ qazanıb. Elnurə polşalı Katarjina Kravçiklə üz-üzə gələcək.

Mübarizəyə 1/4 finaldan qoşulan Alyona Kolesnik (59 kq) italiyalı Morena de Vitanı “tuş”la məğlub edib. Kolesnik yarımfinalda ukraynalı dünya və Avropa çempionu Yuliya Tkaça müqavimət göstərə bilməyib – 0:10. Alyona bürünc medal uğrunda almaniyalı Sandra Paruşevskiylə güləşəcək.

Medal görüşləri aprelin 20-də Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Exit mobile version