AUT.AZ

Mahir Emreli Türkiyədə qol hesabını açdı

Türkiyə çempionatında 29-cu turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Mahir Emrelinin şərəfini qoruduğu “Konyaspor” öz meydanında “Adana Dəmirspor”la qarşılaşır.

Emreli start heyətində meydana çıxıb.  Hesabı qonaqlar açıblar. Mahir  41-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub. Bu, onun Türkiyə çempionatında vurduğu ilk qoldur.

Aut.az

Exit mobile version