AUT.AZ

İstintaq başladı: 3 ilə qədər həbs və…

Kristofer Qaltye irqçi ifadələrə görə həbs oluna bilər.

Daha əvvəl bildirilmişdi ki, məşqçi “Nitsa”da işləyərkən klubun idman direktoru Julyen Furneyə “komandada bu qədər qaradərili və müsəlman ola bilməz” deyib. Bu, Furnenin “Nitsa”nın  sahiblərinə yazdığı məktubdan məlum olub.

Cümə günü Nitsa prokurorluğu irqi və ya dinə görə ayrı-seçkilik iddiası ilə bağlı ilkin istintaqa başlayıb. “Nitsa” klubunun  ofisində axtarış aparılıb.

Müstəntiqlər “Nitsa”nın prezidenti Jan-Pyer Riveradan da izahat alıblar. Yaxın vaxtlarda klubun digər rəhbərləri də ifadə verəcək.

İddialar sübuta yetirilərsə, PSJ-nin baş məşqçisi 3 ilə qədər həbs edilə və 45 min avro cərimələnə bilər.

Aut.az

Exit mobile version