AUT.AZ

Hazırda ofisdədir, müqaviləni imzalayır

“Milan”ın hücumçusu Olivye Jiru agentləri ilə birlikdə hazırda “rossoneri”nin qərargahındadır və klubla 2024-cü ilin iyun ayına qədər yeni müqavilə imzalayır.

Aut.az xəbər verir ki, bu məlumatı jurnalist Fabritsio Romano “Twitter” hesabında yazıb.

Yeni müqaviləyə əsasən, forvardın maaşı mövsümdə təxminən 3,5 milyon avro olacaq. Belə ki, fransız və onun nümayəndələri maaş tələbini 500 min avro azaldıb: futbolçunun hazırkı müqaviləsində illik 4 milyon avro qonorar nəzərdə tutulub.

36 yaşlı hücumçu bu mövsüm “rossonerilər”in heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

Jiru 2021-ci ilin iyulunda London “Çelsi”si ilə müqaviləsi başa çatdıqdan sonra “Milan”a keçib.

Aut.az

Exit mobile version