AUT.AZ

Hacı Əliyev karyerasını nə vaxt bitirəcək?

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Dünya Güləş Birliyinin rəsmi saytına açıqlama verib.

Aut.az xəbər verir ki, 32 yaşlı idmançı qələbənin vacib olduğunu bildirib:

“Bu, mənim üçün çox vacib qələbədir. Azərbaycan tarixində dörd dəfə Avropa çempionu olan ilk kişi güləşçi mənəm. Bu, çox yaxşıdır”.

Əliyev əsas hədəfinin Olimpiya çempionluğu olduğunu söyləyib:

“Olimpiya Oyunlarında bürünc və gümüş medalım olsa da, “qızıl”a ehtiyacım var. Çox çalışacam və bunun üçün əlimdən gələni edəcəm. Yaşın fərqi yoxdur, çox çalışmaq və çempion olmaq vacibdir.

65 kq çəki dərəcəsində medal qazanmaq çətindir. Güclü rəqiblər çoxdur və burada 4-5 dünya çempionu olur. Onların güləş tərzlərini bilirəm. Bu, mənim son şansımdır. Olimpiya çempionu olmalı və karyeramı bitirməliyəm”.

Exit mobile version