AUT.AZ

Hələ kimisə bu məbləğdə cərimə etməmişdilər

“Bavariya” Sadio Maneni rekord məbləğdə cərimələyib.

Aut.az xəbər verir ki, alman mətbuatı, komanda yoldaşı Leroy Sane ilə dalaşan Sadio Maneni “Bavariya” rəhbərliyinin nə qədər cərimələdiyini öyrənib.

Söhbət 350 min avrodan gedir. Bu, “Bavariya”nın tarixində ən böyük cərimədir. Bildirilir ki, “Bavariya” Maneni aylıq maaşı (demək olar ki, 2 milyon avro) məbləğində cərimələyə bilərmiş, lakin klub maksimum sanksiyadan imtina etmək qərarına gəlib. Həmçinin 31 yaşlı seneqallı 1 oyunluq (“Hoffenhaym”la 1:1 bitən oyun) komandadan kənarlaşdırılıb.

Aut.az

Exit mobile version