AUT.AZ

Gündoğanın gedəcəyi yer: Təfərrüata varmadan deyim ki…  

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan gələcək karyerası ilə bağlı məlumat verib.

“Kuluarlarda söhbət gedir və hesab edirəm ki, bu normaldır. Amma təfərrüata varmadan deyim ki, hələ heç nə qərarlaşdırılmayıb.

Təbii ki, danışıqlar (güman ki, Gündoğanla “Siti” arasında) davam edir və qərar qəbul olunarsa, bu haqda ilk siz xəbərdar olacaqsınız”, – jurnalist Fabritsio Romano “Tvitter” hesabında Gündoğandan sitat gətirib.

Alman yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi hesablanıb. “Transfermarkt”  portalına görə futbolçunun transfer dəyəri – 25 milyon avrodur.

Gündoğan bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version