AUT.AZ

Gedir – Təsirli VİDEO ilə elan etdi

“Betis”in əfsanəsi Xoakin Sançes son mövsümünü keçirir.

Aut.az xəbər verir ki, 41 yaşlı futbolçu yayda karyerasını başa vuracaq. İspaniya klubu bu xəbəri “Xoakin əbədidir: Bizim kapitan karyerasını başa vuracaq” videosu ilə paylaşıb.

Yarımmüdafiəçi “Betis”in yetirməsidir. O, 1997-2006-cı illərdə bu klubda çıxış edib. Bundan sonra Xoakin “Valensiya”, “Malaqa”, “Fiorentina” klublarında çıxış edib və 2015-ci ildə geri dönüb. İspaniya millisində 51 oyun keçirib, 4 qol vuran dövrünün “sonuncu mogikan”ı karyerası ərzində İspaniya kubokunu üç dəfə qazanıb.

Aut.az

 

Exit mobile version