“Betis”in əfsanəsi Xoakin Sançes son mövsümünü keçirir.
Aut.az xəbər verir ki, 41 yaşlı futbolçu yayda karyerasını başa vuracaq. İspaniya klubu bu xəbəri “Xoakin əbədidir: Bizim kapitan karyerasını başa vuracaq” videosu ilə paylaşıb.
Yarımmüdafiəçi “Betis”in yetirməsidir. O, 1997-2006-cı illərdə bu klubda çıxış edib. Bundan sonra Xoakin “Valensiya”, “Malaqa”, “Fiorentina” klublarında çıxış edib və 2015-ci ildə geri dönüb. İspaniya millisində 51 oyun keçirib, 4 qol vuran dövrünün “sonuncu mogikan”ı karyerası ərzində İspaniya kubokunu üç dəfə qazanıb.
1⃣7⃣💚
El arte es eterno.
Gracias por tanto, capitán. pic.twitter.com/LMKfyj3doR
— Real Betis Balompié 🌴💚 (@RealBetis) April 19, 2023
Aut.az