AUT.AZ

Federasiyanın saytını yardılar, bu məlumatlar oğurlanıb: pul tələb edirlər

Hakerlər Niderland Futbol Federasiyasının saytına hücum edərək xeyli məlumat oğurlayıblar.

Aut.az xəbər verir ki, bu barədə Sport.pl saytı məlumat yayıb. Rusiyanın “Lockbit” haker təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürüb.

Məlumatda bildirilir ki, keçmiş və indiki futbolçu və məşqçilərin müqavilələrinin elektron versiyaları oğurlana bilər. Həmçinin hakerlərin əlində nizam-intizam və iqtisadi fəaliyyətlə bağlı sənədlər də keçə bilər.

Niderland Futbol Federasiyasının nümayəndəsinin sözlərinə görə, araşdırma davam edir və tamamlanana qədər rəsmi açıqlama olmayacaq. Təşkilatın, hakerlərin bir neçə milyon avro tələb etmələri ilə razı olub-olmayacağı da məlum deyil.

 “Strateji səbəblərə görə, biz də cinayətkarlar və onların motivləri haqqında heç bir açıqlama verməyəcəyik”, – federasiya nümayəndəsi bildirib.

Hakerlər gələn həftənin ortalarında məlumatları yayacaqlarını bildiriblər.

Aut.az

Exit mobile version