AUT.AZ

Dünya çempionatının seks simvolu Bakıya gəlir – FOTO

DÇ-2022-də məşhurlaşan xorvatiyalı model İvana Knoll Azərbaycana gəlir.

Aut.az xəbər verir ki, bu barədə o, “İnstaqram” hesabında məlumat verib. O, qeyd edib ki, keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisində yer alacaq. Qətər mundialının seks simvolu paylaşdığı videoda qran-prini izləmək üçün Bakıya gələcəyini, Formula 1-in böyük pərəstişkarı olduğu üçün çox həyəcanlı olduğunu deyir: “Bunu qaçırmaq mümkün deyil. Mənə qoşulun, tezliklə görüşərik”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində keçiriləcək.





Exit mobile version