AUT.AZ

Danışıqlara açıqdır – Qvardiolaya görə

“Mançester Siti” hücumçu Erlinq Haalanda yeni müqavilə təklif etməyə hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “The Athletic” yayıb.

22 yaşlı forvard keçən yay Dortmund “Borussiya”sından 51 milyon funt-sterlinqə İngiltərə klubuna keçib. “Şəhərlilər”lə  müqaviləsində onun 2024-cü ilin yayında 150 milyon funt sterlinq kompensasiya müqabilində sərbəst qalma müddəası var.

Mənbənin sözlərinə görə, bu bənd Xosep Qvardiolanın gedəcəyi ehtimalı nəzərə alınaraq müqaviləyə salınıb. “Mançester Siti”nin baş məşqçisi ötən ilin noyabrında müqaviləni 2025-ci ilə qədər uzatdığından, klub hazırda danışıqlara açıq olan Haaland üçün yeni müqavilə hazırlayır.

Futbolçunun hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Haaland bu mövsüm 40 oyunda 47 qol vurub.

Aut.az

 

Exit mobile version