AUT.AZ

Buna görə çox məvacib alırmış: ildə 300 milyon xeyir

“Barselona” Lionel Messinin transferinin klubun maliyyə vəziyyətinə müsbət təsir edəcəyini gözləyir.

Argentinalı hücumçunun geri qayıtması Kataloniya komandası üçün prioritet məsələdir. “Barsa”nın baş məşqçisi Xavi Messinin kluba qayıdacağı ehtimalı ilə yeni mövsüm üçün planlar qurur.

Aut.z “Mundo Deportivo”ya istinadla xəbər verir ki, “Barsa” idman, mənəvi və maliyyə səbəblərinə görə Leonu qaytarmaq . Kluba yaxın mənbələr hesab edir ki, Messinin qayıdışı “Barselona”nın gələn mövsüm ümumi gəlirinin 25%-ni təşkil edə bilər. Klubdakı bəzi proqnozlara görə, bu pay 33%-ə də çata bilər.

Qeyd olunur ki, pandemiyadan əvvəl Messinin “Barselona”nın gəlirlərinə təsiri ildə 250-300 milyon avro olub.

“Barselona” argentinalıya 1 və ya 2 illik müqavilə təklif etməyi planlaşdırır. Messi ikinci variantla razılaşarsa, klubun 125 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək.

35 yaşlı hücumçunun PSJ ilə müqaviləsi bu mövsümün sonuna kimi hesablanıb.

Aut.az

Exit mobile version