AUT.AZ

Azərbaycan Kuboku: “Neftçi” Tovuzdan əli ətəyindən uzun qayıdır

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

Aut.az xəbər verir ki, 2 oyundan ibarət olan mərhələnin ilkin görüşləri 2 günü əhatə edəcək. İlk oyunu günündə “Qəbələ” öz meydanında Premyer Liqanın son pilləsində qərarlaşan “Səbail”i qəbul edib. Amma “Səbail” özünü autsayder kimi aparmayıb. Şahin Diniyevin yetirmələri 2 top fərqilə önə çıxsalar da, meydan sahibləri toparlanaraq qələbə qazanmağı bacarıb – 3:2.

Aprelin 19-da kubokun favoriti “Neftçi” Tovuz səfərində “Turan”ın qonağı olub. Amma “ağ-qaralar” favorit kimi oynamayıblar. “Turan Tovuz” “Neftçi”ni əli ətəyindən uzun yola salıb.

Qeyd edək ki, cavab oyunları aprelin 26-ı və 27-də keçiriləcək.

18 aprel

Qəbələ – Səbail 3:2
Qol: Rafael Utziq, 34; 66. Felipe Santos, 74 – İlkin Muradov, 9. Emil Martinov, 21.
Qəbələ şəhər stadionu
Qəbələ şəhər stadionu

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 4. Ruan Renato, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 91. Ramon Maçado, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Səbail: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk.
Baş məşqçi: Şahin Diniyev.

19 aprel

Turan Tovuz – Neftçi 1:0
Qol: D.Marandiç, 74.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu

Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Siyanda Xulu, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 24. Divayn Naa, 9. Belaydi Pusi, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 23. Ataa Caber, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.

 

Exit mobile version