AUT.AZ

9 ölkə məktub yazdı: ruslar və belaruslar…

Avropanın doqquz basketbol federasiyasının nümayəndələri FİBA-ya məktub göndəriblər.

Aut.az xəbər verir ki, onlar təşkilatın rəhbər strukturlarında Rusiya və Belarus nümayəndələrinin olmasından narazılıq ediblər.

Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Polşa və İsveç Basketbol Federasiyalarının prezidentləri məktuba imza atıblar.

“Rusiya və onun ən yaxın müttəfiqi Belarusun suveren Ukrayna dövlətinə qarşı hərbi təcavüzü bir ildən artıqdır ki, davam edir. Ukrayna ərazisinin bir hissəsi işğal olunub və orada təkcə hərbi qulluqçular deyil, dinc sakinlər də ölür, mülki infrastruktura külli miqdarda ziyan vurulur, Ukrayna xalqının əhəmiyyətli hissəsi evlərindən, idman həyatından məhrum edilib, bu ərazilər iflic vəziyyətinə düşüb.

Bu təcavüzə cavab olaraq Beynəlxalq Basketbol Federasiyası (FIBA) və onun Avropa bölməsi (FIBA Europe) təcavüzkar ölkələrin milli komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. Bununla belə, belə bir təəssürat yaranıb ki, müharibə davam etdikcə, FİBA prinsiplərindən geri çəkilir.

Rusiya və Belarus nümayəndələrinin idarəetmə strukturlarında və müxtəlif FIBA ​​proqramlarında iştirakına icazə verilir. Hesab edirik ki, bu cür tolerantlıq Rusiya və Belarusda idman sisteminin necə işlədiyini, eləcə də bu ölkələrdə idmanın həm daxili, həm də xarici siyasətdə siyasi məqsədlər üçün necə istifadə edildiyini anlamamaqdan xəbər verir”, – məktubda deyilir.

Aut.az

Exit mobile version