AUT.AZ

16 illik həsrət bitdi

UEFA Çempionlar Liqasının 1/4 finalında “Napoli”ni mübarizədən kənarlaşdıran “Milan” yarımfinala vəsiqə qazanıb.

Autaz xəbər verir ki, “rossonierlər” bununla daha bir uğursuz seriyaya son qoyub. “Qırmızı-qaralar” 16 illik fasilədən sonra qitənin bir nömrəli klub turnirində yarımfinala yüksəlib. Komanda sonuncu dəfə 2006/07 mövsümündə bu mərhələdə mübarizə aparıb.

İndi “Milan”ın əlində daha bir uğursuz seriyaya son qoymaq şansı var. Bunun üçün komanda finala adlamalıdır. İtaliya təmsilçisi bunu bacarsa, 16 illik daha bir həsrətə son qoymuş olacaq.

Qeyd edək ki, “rossonierlər”in qayıdışı hazırkı baş məşqçi Stefano Piolinin rəhbərliyi dövründə başlayıb. Məhz onun gəlişindən sonra “Milan”ın 11 illik çempionluq həsrəti başlamışdı.

Exit mobile version