AUT.AZ

Əliabbasın döyüşləri niyə çətin keçib?

Əvvəlki yarışda gümüş medal qazanmışdım. Şükürlər olsun ki, bu yarışda medalın əyarını “qızıl”a çevirməyi bacardım.

Bu sözləri Aut.az-a açıqlamasında Avropa çempionatında 57 kiloqram çəki dərəcəsində qızıl medal qazanan sərbəst güləşçimiz Əliabbas Rzazadə deyib. Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yarışda hamıdan güclü olan 25 yaşlı idmançı növbəti hədəfinin dünya çempionatında uğur qazanmaq olduğunu bildirib:

“Rəqiblərim çox güclü idi. Hamısı titullu idmançılar idi. Buna görə bütün döyüşlərim çətin keçdi. Amma sonda qalib olmağı bacardım. Bayrağımızı yüksəldib, himnimizi səsləndirmək mənim üçün böyük şərəfdi. Bundan sonrakı hədəfim qarşıdan gələn Dünya çempionatında uğur qazanmaqdır. Çünki Serbiyadakı yarış Olimpiya Oyunlarına lisenziya verəcək. Var qüvvəmizlə çalışacaq ki, həmin turnirdə uğurlu çıxış edib yaxşı nəticə və Parisə lisenziya qazanaq”.

Qeyd edək ki, Serbiyada keçirilməsi planlaşdırılan güləş üzər Dünya çempionatının 16-24 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır.

Aut.az 

Exit mobile version