AUT.AZ

Əfsanəvi braziliyalının oğlu İspaniya yığmasında

“Real”ın və Braziliya yığmasının əfsanəvi müdafiəçisi Marselonun oğlu İspaniyanın 15 yaşadək futbolçulardan ibarət komandasına çağırılıb.

Aut.az xəbər verir ki, 13 yaşlı Entso Alves sevincini sosial şəbəkədə İspaniya millisinin forması ilə çəkdirdiyi fotoları paylaşaraq büruzə verib.

Alves ailə köklərinə görə Braziliyada oynamaq hüququna malikdir və istəsə, gələcəkdə selesaonu təmsil etməyə qərar verə bilər. Lakin hələlik o, doğulduğu ölkədə oynamağı seçib.

Aut.az

Exit mobile version