AUT.AZ

Yığma komandamız qalib gəldi

Şimali Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Aut.az  xəbər verir ki, bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:0 hesablı qələbə qazanıb.

Komandamızın qolu 35-ci dəqiqədə Həsən Nəzərli vurub. Bu komandalar arasında növbəti oyun aprelin 20-də keçiriləcək.

Exit mobile version