AUT.AZ

Stimullaşdırır: əsas rəqibi büdrət, 75 mini cibinə qoy  

Ukrayna “Şaxtyor”u ilə bağlı maraqlı məlumat yayılıb.

Aut.az xəbər verir ki, Donetsk klubu Ukrayna çempionatında lider olan “Dnepr -1”in rəqiblərini stimullaşdırır. Bu barədə jurnalist İqor Tsıqanık məlumat verib.

“Rəqibləri stimullaşdırmaq haqqında danışmalıyıq. Və bu baş verir. Xüsusilə “Şaxtyor” istənilən komandaya “Dnepr-1”dən xal götürməyi təklif edir, sanballı məbləğ təklif edirlər. Təxminən 75 min dollar”, – Tsıqanık bildirib.

“Şaxtyor” Ukrayna çempionatında liderdir. Donetsk klubu “Dnepr-1”i 7 xal qabaqlayır. Amma Dnepropetrovsk klubunun ehtiyatda bir oyunu var.

Aut.az

Exit mobile version