AUT.AZ

Sabiq arvadı uşaqları da götürüb gəlir ki…

Dani Alves müvəqqəti olaraq həbsxanadan buraxıla bilər.

Aut.az xəbər verir ki, yaxın vaxtlarda futbolçunun keçmiş həyat yoldaşı Dinora Santana uşaqları – 15 yaşlı Viktoriya və 16 yaşlı Alveslə birlikdə Braziliyadan Barselonaya köçəcək.

Jurnalist Karlos Kilesin sözlərinə görə, Alvesin vəkillərinin ideyası Braziliyalı futbolçunun Santanadan boşanmasına baxmayaraq, onun İspaniyaya bağlılığının güclü olduğunu sübut etməkdir. İddia olunur ki, Alvesin uşaqları artıq Barselonada oxuyacaqları məktəbi seçiblər.

Alvesin keçmiş həyat yoldaşı və uşaqlarının gəlişi, məhkəməni, sərbəst buraxılacağı təqdirdə futbolçunun İspaniyanı tərk etməyəcəyinə inandıra bilər.

Xatırladaq ki, “Barselona”nın və Braziliya millisinin keçmiş müdafiəçisi gecə klubunda qıza təcavüz etməkdə ittiham olunaraq yanvar ayından həbsdədir. Onu 12 ilə qədər həbs gözləyir.

Dani sərbəst buraxılsa, onun pasportu götürüləcək və harada olduğunu müəyyən etmək üçün qolbaq taxılacaq. Bundan əlavə, oyunçu vaxtaşırı polisə hesabat verməli olacaq.

Aut.az

Exit mobile version