AUT.AZ

Ronaldo birgə oynadığı futbolçuların yığmasını tərtib etdi

“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo indiyə qədər birgə oynadığı oyunçulardan ibarət simvolik komanda təşkil edib.

Aut.az “Talksport”a istinadən xəbər verir ki, portuqal sabiq komanda yoldaşı Runini də yığmaya salıb. Bir müddət əvvəl Ronaldo, onu daim tənqid edən Runini “siçovul” adlandırmışdı və bildirmişdi ki, sabiq komanda yoldaşı onun xarici görünüşünə və uzun karyerasına qısqanclıqla yanaşır.

Ronaldonun yığması:

Qapıçı: İker Kasilyas

Müdafiəçilər: Marselo, Corcio Kellini, Rio Ferdinand, Serxio Ramos

Yarımmüdafiəçilər: Pol Skoulz, Toni Kroos, Luka Modriç

Hücumçular: Kərim Benzema, Ueyn Runi, Qaret Beyl.

Aut.az

 

Exit mobile version