AUT.AZ

“Real” “Barsa”ya belə cavab verdi: Onu deyənin atasına… – VİDEO

“Barselona”nın prezidenti Joan Laporta “Neqreyra işi” ilə əlaqədar ötən gün mətbuat konfransı keçirib. Kataloniya klubunun rəhbəri media ilə görüşündə “Real” barədə sərt fikirlər səsləndirib:

“Mən məhkəmə prosesində ittihamçı tərəf kimi çıxış edən klubu vurğulamaq istərdim. Hansı ki, bu kluba həmişə hakimlər dəstək olublar. Rejimin komandası (diktator Fransisko Frankonun dövrü nəzərdə tutulur – red) hesab olunublar və hər zaman siyasi və iqtisadi elitaya yaxınlıqları ilə seçiliblər. Xatırlatmaq yerinə düşər ki, 70 il ərzində Hakimlər Komitəsinin əksər prezidentləri “Real”ın sabiq rəhbərləri, futbolçuları və ya əməkdaşları olublar. Bu həmin adamlardır ki, 70 il ədaləti təmin etməli olan insanların təyinatını həyata keçiriblər”.

Aut.az xəbər verir ki, “Real” “Barselona”nın prezidenti Joan Laportaya cavab verib. “Real Madird TV”də “Hakim rejimin klubu kim olub?” adlı rolik yerləşdirilib. Orada “Barselona” ilə bağlı bir çox faktlar əks olunub.

Exit mobile version