AUT.AZ

Razılaşdılar, pulsuz əldə etdi

Konrad Laymer növbəti mövsümdən karyerasını “Bavariya”da davam etdirəcək.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi Münhen klubunda iki dəfə tibbi müayinədən keçib və 2027-ci ilə qədər müqavilə imzalayıb.

Yayda Laymer “Bavariya”ya pulsuz keçəcək. O, “Leypsiq”dən  azad agent statusunda ayrılacaq.

Bundesliqanın cari mövsümündə avstriyalı 15 oyun keçirib və 1 qol vurub.

Aut.az

Exit mobile version