AUT.AZ

“Qarabağ” dan darmadağın

I Divizionda XXV tura yekun vurulub.

Aut.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Səbail-2” – “Zirə-2” oyununda qonaqlar 3 cavabsız qolla qalib gəlib. “Qarabağ-2” doğma meydanda “Şamaxı-2”-ni, “Neftçi-2” – isə “Sumqayıt-2”-ni böyük hesabla məğlub edib.

I Divizion
XXV tur

18 aprel

“Səbail-2” – “Zirə-2” 0:3
Qol: Xəqani Sadıxov, 40. Taleh Fərmanov, 54. Mahmud Ağayev, 90.
Bakı. “ASCO Arena”, 15:00.

“Qarabağ-2” – “Şamaxı-2” 5:0
Qol: Mehdi Tahirov, 28. Nəriman Axundzadə, 49-pen; 64. Əli Nəcəfli, 84. Mirmövsüm Caniyev, 90+1.
Binə qəsəbə stadionu, 15:00.

“Neftçi-2” – “Sumqayıt-2” 6:1
Qol: Ağadadaş Salyanski, 11. Vüsal Əsgərov, 31; 46; 73. Elşad Tağıyev, 64. Aqşin Abazərov, 65 – Xəzər Mahmudov, 38-pen.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.

Turun digər oyunlarında qeydə alınan nəticələr:

MOİK – “Araz Naxçıvan” 1:2
“Zaqatala” – “Kəpəz-2” 2:0
“Qaradağ Lökbatan” – “Turan Tovuz-2” 3:0
“Mingəçevir” – “Qəbələ-2” 1:0

Exit mobile version