AUT.AZ

Mahirin komandası meydançaya onun adını verəcək

Zaqreb “Dinamo”su məşq meydançalarından birinə Luka Modriçin adını verəcək.

Aut.az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yayılıb. Bildirilir ki, bu qərar klub azarkeşlərinin səsverməsi nəticəsində verilib.

Modriç Robert Prosineçki, Zvonimir Boban və Mateo Kovaçiçi qabaqlayıb.

Modriç “Dinamo”nun yetirməsidir və 2008-ci ilə –  “Tottenhem”ə keçənə qədər komandanın rənglərini qoruyub.

Onu da vurğulayaq ki, Azərbaycan yığmasının üzvü Mahir Emreli “Dinamo”nun futbolçusudur və icarə əsasında “Konyaspor”da çıxış edir.

Aut.az

 

Exit mobile version