AUT.AZ

Karyerasını bərpa etdi – 42 yaşında

PSJ-nin keçmiş qolçusu karyerasını 42 yaşında bərpa edib.

Aut.az xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi, daha çox Nene kimi tanınan Anderson Luiz de Karvalyo karyerasını Braziliya çempionatının ikinci liqasında davam etdirmək qərarına gəlib.

 

O, “Yuventude” ilə mövsümün sonuna qədər – yəni 2023-cü il dekabrın 31-dək müqavilə imzalayıb.

2010-2013-cü illərdə PSJ-nin uğurları üçün tər tökən və bu müddətdə 48 qol vuran Nene 2012-ci ildə Olivye Jiru ilə birlikdə Fransa çempionatının (21 qol) bombardiri olub.
Nenenin son Avropa klubu 2015-ci ildə oynadığı “Vest Hem” olub. “Yuventude”dən əvvəl o, bir müddət “Vasko da Qama”, San Paulu” və “Fluminense”də çıxış edib. O, bir müddət əvvəl karyerasını bitirdiyini açıqlamışdı.

Exit mobile version