AUT.AZ

İrəvanda huşunu itirən idmançı mələkləri görüb – VİDEO

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı kifayət qədər qalmaqallı şəkildə davam edir. Artıq bir neçə gün ərzində idmançıların səhhəti ilə bağlı iki xoşagəlməz hadisə baş verib.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə xoşagəlməz situasiya illə öncə türkiyəli idmançı üzləşib. Qadınların yarışında 49 kq çəki dərəcəsində çıxış edən Bavay Pelinsu hər kəsi şoka salıb. 21 yaşlı ağır atlet ştanqa yaxınlaşaraq onu qaldırıb və bir neçə saniyə saxladıqdan sonra onu yerə atıb. Nəticədə ayaq üstə qala bilməyən Pelinsu huşunu itirib.

Dərhal həkimlər hadisə yerinə gələrək tibbi müdaxilə edib. O, yarışı davam etdirə bilməsə də, sağlamlığı ilə bağlı ciddi təhlükə aşkarlanmayıb. Huşunu itirmə səbəbləri barədə məlumat verilməyib, Yeniyetmələrin Avropa çempionu olan Bavay Pelinsu artıq evə qayıdıb.

Qadınların yarışında oxşar hadisə -55 kq çəki dərəcəsində də baş verib. Orada rumıniyalı Andrea Kotruta xoşagəlməz halla üzləşib. 19 yaşlı idmançı təkanla qaldırma cəhdi zamanı huşunu itirib. O, həmin anları belə xatırlayır:

“Nə baş verdiyini bilmirəm. Mən mələkləri, zalın ətrafında uçan insanları gördüm və yerə yıxıldım. Ayıldıqdan sonra öz-özümə dedim ki, uğursuzluğa düçar olmayacağam və qızıl medal qazanacağam”.

Rumıniyalının özünə gəlməyə cəmi bir dəqiqə vaxtı var idi. İdmançı çoxlu su içdi. Məşqçisi onu ayıltmaq üçün bir neçə sillə vurmaq məcburiyyətində qaldı. Və qısa fasilədən sonra o, körpücük üzərinə çıxaraq 110 kq çəki dərəcəsinin öhdəsindən gəldi. Kotruta yekunda birdən və təkanla qaldırmanın cəmində 201 kq nəticə göstərərək Avropa çempionu oldu. Bu, rumıniyalı idmançının karyerasının ən yaxşı nəticəsidir.

Qeyd edək ki, İrəvanda keçirilən yarışda başqa qalmaqallar da qeydə alınıb. Açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bundan başqa yarışın gedişində zaldan asılan Azərbaycan və Türkiyə bayraqları cırılıb.

Heybət

Exit mobile version