AUT.AZ

Hacı Əliyev rəqiblərini aldadaraq finala çıxıb

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlməsi ilə bağlı açıqlama verib.

Aut.az xəbər verir ki, Dünya Güləş Birliyinin mətbuat xidmətinə danışan idmançı bunları söyləyib:

“Bu il ikinci yarışımdır. Məşqçilər qərara alıblar ki, dünya çempionatında 65 kq-da güləşim. Fikirləşdik ki, Avropa çempionatı üçün çəki salmağa dəyməz. Bir az çətinlik olsa da, 70 kq çəki dərəcəsində də məndə pis alınmır. Rəqiblər fiziki cəhətdən çox güclüdürlər. Onlar dörd-beş kq salmalı olurlar. Mən isə texnikaya üstünlük verərək mübarizə apardım. Rəqiblərimi aldadaraq finala çıxdım”.

Hacı Əliyev bu gün finalda Bolqarıstan təmsilçisi Ramazan Ramazanovla üz-üzə gələcək.

Exit mobile version