AUT.AZ

Generalitet “Real”dan xahiş etdi: O videoya əl gəzdirin

Kataloniya hökuməti “Real”ın “Barselona” ilə bağlı hazırladığı videodan narazıdır.

Xatırladaq ki, dünən “Barselona”nın prezidenti Joan Laporta “Real”ın Neqreyra məsələsində iştirakından danışıb. “Rejimin komandası sayılan klub özünü alçaldılmış hiss edir” deyən Laporta hakimlərin sistematik olaraq Madridə kömək etdiyinə də eyham vurub.

Bundan sonra “Real” klub kanalında “Həqiqətən hakim rejimin klubu kim idi?” başlıqlı video yayımlayıb. Orada Fransisko Frankonun hakimiyyəti ilə bağlı faktlar sadalanır.

“La Sexta”nın jurnalisti Xosep Soldado Qomezin sözlərinə görə, kataloniyalı generalitet “Real”dan videoya əl gəzdirməyi  xahiş ediblər. Kataloniyanın ali özünüidarə orqanı bu videonu “təhqir və məsuliyyətsizlik” hesab edir.

Aut.az

 

Exit mobile version