AUT.AZ

FIBA Rusiya və Belarusu olimpiadaya buraxmadı

FIBA 2024-cü il Olimpiya Oyunlarına vəsiqə üçün ilkin təsnifat turnirində iştirak edəcək basketbol yığmalarını təsdiqləyib.

Aut.az xəbər verir ki, FIBA Rusiya və Belarusu təsnifat turnirinə buraxmayıb. Təsnifat mərhələsində bu komandalar iştirak edəcək:

Ukrayna, Belçika, Bosniya, Xorvatiya, Çexiya, Estoniya, Macarıstan, İslandiya, İsrail, Hollandiya, Şimali Makedoniya, Polşa, Portuqaliya, İsveç, Türkiyə və Bolqarıstan.

Komandalar iki qrupda mübarizə aparacaqlar. Qrup qalibləri Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar. Qarşılaşmalar avqust ayında keçiriləcək.

Aut.az

Exit mobile version