AUT.AZ

Feyr-pley belə olar – VİDEO

Norveç çempionatında qeyri-adi feyr-pley hadisəsi baş verib.

Aut.az xəbər verir ki, “Odd” – “Brann” matçında (2:0) qonaqların hücumçusu Bord Finne hücum zamanı topa doğru qaçıb. Bu zaman onun qarşısını kəsmək istəyən rəqib müdafiəçi əzələsini dartıb.

Bu fürsətdən yararlansaydı, Finne asanlıqla qapıçı ilə təkbətək qala bilərdi.

Ancaq o, bundan imtina edib və hücumu dayandıraraq, topu meydandan çıxarıb.

Aut.az

Exit mobile version