AUT.AZ

Döyülürlər, söyülürlər: Boykot edəcəklər

La Liqa və Sequnda hakimləri özlərinə qarşı tənqidlərə görə boykota əl ata bilərlər.

Aut.az xəbər verir ki, “El Partidazo de COPE”-nin məlumatına görə, bu gün keçiriləcək iclasda hakimlər İspaniya liqalarında mümkün matçların boykotunu müzakirə edəcəklər. Onlar bu addımla hakimlərə qarşı aparılan “qara piar”a etiraz etmək istəyirlər.

Görüşün səbəblərindən biri də bu yaxınlarda Seutada hakim Antonio Pozoya olan hücumdur. “Pollas”ın gənclərdən ibarət komandasının bir qrup oyunçusu və onların qohumları “Kalavera” ilə matçın sonunda hakimə hücum ediblər. Onlar oyundan sonra stadionun kənarında hakimi döyərək ona müxtəlif bədən xəsarətləri yetiriblər.

Hakimlərin boykotla bağlı qərarları gün ərzində açıqlanacaq.

Aut.az

Exit mobile version