AUT.AZ

DÇ bu ölkədə keçiriləcək

20 yaşadək futbolçular arasında növbəti dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Aut.az xəbər verir ki, FIFA bu hüququ Argentinaya verib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

U-20-lər arasında mundialın əvvəlcə İndoneziyada təşkili planlaşdırılsa da, FIFA siyasi səbəbdən ev sahibliyini başqa ölkəyə tapşırmaq qərarına gəlib. Nəticədə Argentina Futbol Assosiasiyasının təqdim etdiyi ərizə təsdiqlənib.

Ali futbol qurumunun nümayəndə heyəti turnirin keçirilməsi üçün nəzərdə tutulan stadionlara baş çəkərək müsbət rəy verib.

Mayın 20-dən iyunun 11-dək baş tutacaq dünya çempionatının birinci mərhələsində 24 komanda 6 qrupa bölünəcək. Argentina millisi ev sahibi kimi İndoneziya yığmasını əvəz edəcək.

Exit mobile version