AUT.AZ

“Çelsi” “Real”a, “Napoli” “Milan”a qarşı – YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasında yarımfinala vəsiqə qazanan ilk iki komandanın adına aydınlıq gələcək.

Aut.az xəbər verir ki, “Real” Londondonda “Çelsi”nin qonağı olacaq. Madrid klubu ilk oyunda 2:0 hesabı ilə qələbə qazandığından, cavab matçına rahat çıxacaq. “Zadəganlar”ın heyətində Kalidu Kulibali zədəlidir, Ben Çiluell isə ilk oyunda qırmızı vərəqə aldığından cəzalıdır.

Digər oyunda İtaliya duelini izləyəcəyik. A seriyasının lideri “Napoli” öz meydanında “Milan”ı qəbul edəcək. Neapol klubu ilk matçda minimal hesabla uduzduğundan, bu gün daha gərgin mübarizənin şahidi olacağıq. “Napoli”də Kim Min-Jae, Andre Anqissa və Covanni Simeone komandalarına kömək edə bilməyəcəklər. “Milan”da Zlatan İbrahimoviç zədəlidir.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki görüşü aprelin 19-da keçiriləcək.

Çempionlar Liqası: 1/4 final, cavab oyunları
18 aprel

23:00 Çelsi – Real Madrid (İlk oyun 0:2)
Baş hakim: Daniel Orsato (İtaliya)
London, “Stemford Bric”

23:00 Napoli – Milan (İlk oyun 0:1)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Neapol, “Dieqo Maradona” stadionu

Exit mobile version