AUT.AZ

Bu avtomobilləri ABŞ-a aparmaq üçün 14 milyon ödəyəcək – FOTO

Şakira superavtomobillərdən ibarət parkını Barselonadan ABŞ-a aparmaq üçün 14.000.000 avro ayırmağa məcbur olub.

Aut.az xəbər verir ki, müğənninin mebel və musiqi alətləri tezliklə yeni evinə gətiriləcək, lüks avtomobillər isə xüsusi nəqliyyat tələb edir.

Şakiranın kolleksiyasında “Mercedes Benz SI550”, “Tesla Model S”, “Audi Q7” və “Audi A7”, həmçinin “BMW X6” və “Mercedes Benz SLK 250” var.

Şakiranın, maşınları daşımaq üçün böyük məbləğə ehtiyacı olsa da, onun sərvətinin 300 milyon dolları keçdiyini nəzərə alsaq, pul problem yaratmamalıdır.

Xatırladaq ki, Şakira Jerar Pikedən ayrıldıqdan sonra oğulları Saşa və Milanla birlikdə İspaniyadan ABŞ-a köçmək qərarına gəlib. Müqaviləyə əsasən, Pike uşaqlar üçün tələb olunan xərclərin yarısını ödəyəcək.

Aut.az

Exit mobile version