AUT.AZ

Bayraq yerinə özünü “yandıran” Ermənistan

Xəbər verildiyi kimi, aprelin 14-də İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb. Hadisədən dərhal sonra Azərbaycan Gənclər və İdman Nazirliyi və Respublika Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edib. Atletlər geri dönüblər.

Avropa Ağır Atletika Federasiyasının konstitusiyasının 4-cü maddəsinə əsasən yarışlar sırasında hər hansı siyasi fəaliyyətə dair hərəkətlərin törədilməsi qadağandır. Bu, federasiyanın vacib prinsiplərindən biridir. Yəni baş verən olaya görə Ermənistan qurumun üzvlüyündən də çıxarıla bilər. Çıxarılacaqmı? Artıq Azərbaycan hadisə ilə bağlı federasiyaya şikayət ünvanlayıb. Adekvat cəza olacaqmı, yoxsa yenə xristian Avropaya xas “ikili standart” yanaşmanın şahidi olacağıq?

Bu yerdə yada salaq ki, ötən ay İrəvanda Türkiyə millisi ilə futbol matçı zamanı stadionda erməni azarkeşlər terrorçu şüar açmış, qardaş ölkənin himnini fitə basmışdılar. Amma FİFA bu faktla bağlı hələ də bir ölçü götürmədi. Hər halda, belə məlumat yoxdur. Doğrudur, Avropa Ağır Atletika Federasiyası (EWF) faktla bağlı bəyanat yayaraq insidenti kəskin şəkildə pisləyib. Qurum bunu idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə hücum hesab edib. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin yarışı tərk etmək məcburiyyətində qalmasından təəssüfləndiyini, lakin belə bir qərara hörmətlə yanaşdığını vurğulayıb. Həmçinin beynəlxalq miqyasda bədnam qonşuya qarşı qınaq və təpkilər artıb. Bəs bəyanatın praktik davamı nə olacaq? Əhalisinin beyni uzun müddətə irqçi virusu ilə zəhərlənmiş faşist Ermənistanda heç olmasa, beynəlxalq yarışlar qadağan ediləcəkmi?

Qeyd edək ki, İrəvandakı beynəlxalq turnirin açılış mərasimində Türkiyənin bayrağı gətirilərkən fitə basılsa da, yandırmaq cəhdi olmadı. Ancaq bu gün bəlli olub ki, erməni şərəfsizlər 2 qardaş ölkəyə qarşı növbəti alçaqlığa imza atıblar: zalda digər ölkələrin bayraqlarından fərqli olaraq, Azərbaycan və Türkiyə bayraqları cırılmış vəziyyətdə asılıb. Bu da bayraqlarımıza qarşı daha bir təhqir – bayrağı yandırmaqla cırmaq arasında nə fərq var ki? Bu gün həmçinin məlum olub ki, Türkiyə idmançısı Bayav Pelinsu yarış zamanı huşunu itirib. Kim bilir, bəlkə yediyi qidadan olub? Və bəlkə bundan sonra qardaş ölkə idmançıları da İrəvanı vaxtından əvvəl tərk eləsinlər? Üstəlik, artıq onların təhlükəsizliyi üçün də yüz faizli zəmanət yoxdur. Nəhayət, bundan sonra Ermənistana getməyə dəyərmi?

Fəzail Ağamalı: “Paşinyan Azərbaycan və Türkiyədən, hər iki ölkənin xalqından üzr istəməlidir”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, Ermənistanın son vaxtlar, ölkəmiz və xalqımıza, eyni zamanda Türkiyəyə qarşı davranışları kifayət qədər haqlı olaraq hər birimizdə böyük hiddət və narazılıq doğurub: “İllər boyu yeddidən yetmiş yeddiyə qədər bütün etnos olaraq, ruhları belə zəhərlənən, türk soyuna qarşı böyük nifrət ruhunda tərbiyələnərək formalaşan, yaşa dolan, ölkəmizə qarşı qəddar düşmənçiliyini, barbarlığını nümayiş etdirən ermənilər son idman yarışında da bu eybəcər, qəbuledilməz xüsusiyyətlərini, davranışlarını ortaya qoydular, hər kəsə nümayiş etdirdilər. Bütün bu faktlar Ermənistanı beynəlxalq aləmdə nüfuzdan salır, ona heç şübhəsiz ki, ciddi zərbələr vurur. Əvvəlki erməni təsəvvürləri, hər halda, dünyanın ağıllı insanları tərəfindən başqa bir təsəvvürlə vəhşi, barbar bir etnos olmaq təsəvvürlə əvəz olunur. Dünyanın heç bir yerində idman yarışlarında iştirak edən idmançılara bu cür vəhşi və qəbuledilməz münasibət olmayıb. Hər halda, kimsə hansısa səbəbdən bu addımı atıbsa, bir nəfərə görə həmin ölkə və komanda ciddi şəkildə cəzalandırılıb. Nəzərə alsaq ki, bu bir nəfərin deyil, bütün ermənilərin davranışıdırsa, bu artıq daha ciddi məqamlardan xəbər verir. Müxtəlif məlumatlar var, bizim bayrağımıza qarşı bu həqarəti edən barəsində. Bilmirəm, həmin şəxsə hansı adı deməklə tamamilə onun davranışını özündə ehtiva edə bilsin. Hər halda, düşüncəsi olmayan bu məxluq belə bir addım atır, həmin addımı atandan sonra bayrağa od vurur, sonra onu təhlükəsizlik işçiləri kənara çıxarıb aparır. Şöbədə 5-10 dəqiqə saxlanılır, yəqin ki, qarşısına kofe-çaydan da qoyublar, bir “sağ ol” da deyiblər, başını da sığallayıblar. Çöldə də bu alqışlarla qarşılanıb, sanki qəhrəmandır, böyük bir nailiyyətə imza atıb. Görün nə qədər çürümüş, nə dərəcədə aşılanmış bir cəmiyyətdir ki, bu həqarəti pisləmək əvəzinə, bu həqarəti göstərəni alqışlayır, onu qəhrəman kimi qəbul edir. Bu kifayət etmir. Azərbaycan və qardaş Türkiyənin simvolu olan cırılmış bayrağın oradan asılması ermənilərin iç üzünü bir daha göstərir. Bu bir daha sübut edir ki, bu etnosla, sadəcə olaraq, bir arada olmaq, bir sırada yaşamaq, hər hansı bir tədbirdə belə iştirak etmək yolverilən deyil. Biz bundan nəticə çıxarmalıyıq. Əminəm ki, nəticə də çıxaracağıq. Buna qətiyyən şübhəm yoxdur. Hansısa bir şəkildə ermənilər qardaş Türkiyə və Azərbaycan tərəfindən bunun cavabını alacaq. Ayrı-ayrı şəxslər guya baş vermiş hadisədən təəssüfləndiklərini, narahat olduqlarını və üzr istədiklərini desələr də, bu kifayət deyil. Paşinyan birbaşa, rəsmi şəkildə, özü də yazılı formada Azərbaycan və Türkiyədən, hər iki ölkənin xalqından üzr istəməlidir. Ermənistana ən azından idman yarışlarını keçirməmək üçün cəzalar tətbiq edilməlidir. Sözsüz ki, nəticə çıxarası deyillər. Azından adekvat şəkildə cəzalarını almalıdırlar. Bizim edəcəyimiz bəllidir. Əlimizdə olan imkanlardan istifadə edib Ermənistanı elə bir zəif, rəzil duruma salmalıyıq ki, bu və ya bunabənzər davranışlar ortaya qoymasın. Ermənilər bir az özlərində güc tapan kimi bu cür vəhşilikləri ortalığa qoyurlar. Zəif olanda tülkü kimi qorxaq olurlar, qarşısında olana baş əyirlər. Ermənilərin davranışlarına uyğun şəkildə adekvat addımlarımızı atmalıyıq. Bir neçə il bundan öncə cənab Prezident erməni əsilli idmançıya medal təqdim edərkən zalın narahatlığına dərhal reaksiya verdi, onlara sakit olmağı əli ilə işarə etdi. Zal dayandı və medal təqdim ediləndən sonra gurultulu alqışlar səsləndi, xalqımız ölkə rəhbərinin bu addımını alqışladı. Biz buyuq, prezidentimizdən adi vətəndaşımıza qədər. Amma cinayət işinin açılması əvəzinə, Paşinyan o şəxsin işdən uzaqlaşdırılması barədə göstəriş verib. Baxın, erməni rəhbəri və xalqı budur. Baş nazirindən tutmuş adi vətəndaşına qədər “zəhərləniblər”. Nəticə etibarı ilə ölkə başçısının aparmış olduğu siyasət bir daha göstərir və bizi səfərbərliyə alır ki, zəhərlənmiş bu etnosa sona qədər prinsip və dəyərlərimizə uyğun olaraq münasibət bəsləyək”.

Natiq Muxtarlı: “Azərbaycanlı idmançılar bundan sonra Ermənistanda keçiriləcək yarışlara getməyəcəklər”

İdman yazarı Natiq Muxtarlı bu məsələdə qardaş Türkiyə ilə birgə hərəkət etməyimizi vacib sayır: “Azərbaycan beynəlxalq təşkilatların ikili standartlarını həmişə öz üzərində hiss edib. Rusiya Ukraynaya hücum edəndən sonra bu ölkənin idmançılarına beynəlxalq yarışlarda iştirak qadağan edildi. Rusiyada keçirilməli olan bütün böyük turnirlərə ev sahibliyi bu ölkənin əlindən alındı. Hətta Rusiyaya Belarusu da qoşdular. İşğalçı işğalçıdır. O cümlədən Ermənistan da işğalçıdır, Azərbaycan torpaqlarını 30 ildən artıq işğal altında saxladı. Bəs Rusiyaya göstərilən münasibət Ermənistana niyə göstərilmədi? Deməli, beynəlxalq təşkilatlar ədalətli deyillər. Bu təşkilatlar böyük güclərin əlində “siyasi oyuncaq” sayılır. Göstəriş veriləndə Rusiyaya qarşı sanksiya tətbiq edirlər, amma Ermənistana münasibətdə özlərini görməməzliyə vururlar. Azərbaycan idmançılarının Ermənistana getməsi vacib idi. Çünki Olimpiadaya lisenziya xarakterli turnir idi, bu Avropa çempionatı. İrəvana getməsəydik, “təhlükəsizliyimizə təminat yoxdur” iddiamız ciddi qəbul edilməyəcəkdi. Belə əsasımız olmadığı halda, onsuz da ikili standartlarla işləyən beynəlxalq təşkilatlar qarşısında hansı tələbləri qaldıra bilərdik? İndi isə əlimizdə tutarlı əsaslar var – erməni barbarlığını, vandallığını, quldurluğunu bütün dünya gördü. Bu əsaslardan yapışıb böyük turnirlərin Ermənistana verilməsinə qarşı çıxa bilərik. Amma inanmıram ki, beynəlxalq təşkilatlar bu əsaslara məhəl qoysunlar. “Siyasi sifariş”lə çalışan təşkilatlar yenə də sifarişli qərarlar verəcəklər. Amma növbəti dəfə bizim “İrəvana gedə bilmərik, təhlükəsizliyimizə təminat yoxdur” iddiamız qarşısında da söz deyə bilməyəcəklər. Böyük ehtimalla, azərbaycanlı idmançılar bundan sonra Ermənistanda keçiriləcək yarışlara getməyəcəklər. Dövlətimiz öz vətəndaşlarının həyatını riskə ata bilməz. İrəvanda baş verənlərə görə Ermənistanın ciddi cəzalanacağını da gözləmirəm. Ola bilsin ki, yüngülvari cərimə kəssinlər. Yəqin ki, Türkiyə nümayəndə heyəti də onlara qarşı edilən təxribatlara görə etiraz edəcəklər. Ümumiyyətlə, bu məsələdə Azərbaycanla Türkiyə birgə hərəkət etməlidir. İki dövlətin birgə hərəkəti, etirazı qarşısında beynəlxalq təşkilatlar da geri çəkilə bilərlər, nə qədər də ikili standartlarla işləsələr belə. Ona görə də Türkiyə və Azərbaycanın idman nazirliklərinin bu məsələyə koordinasiyalı şəkildə münasibət bildirməsi vacibdir. Böyük yarışlara təşkilatçılığın Ermənistana verilməsinin qarşısı mütləq alınmalıdır. Bu ölkənin barbar xislətini hər kəs gördü. Gözləmək olmaz ki, sabah Ermənistanda keçirilən hansısa yarışda türk və ya azərbaycanlı idmançı öldürülsün. Erməni deputat Ovik Ağazaryanın dediyi kimi, bu adamyeyən vəhşi xalq hər cür vandallığı etməyə qadirdir”.

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

Exit mobile version