AUT.AZ

Azərbaycan çempionatında ilk medalçı müəyyənləşdi

Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında bürünc medalçı bəlli olub.

Aut.az xəbər verir ki, üçüncü qarşılaşmada da UNEC-i 3:0 (25:19, 25:15, 25:16) hesabı ilə məğlub edən “Murov” üçüncü yeri tutub.

Bu gün, həmçinin, Yüksək Liqada qızıl medalçı da müəyyənləşəcək. Əvvəlki matçlarda rəqibini üstələyən “Azərreyl” “Abşeron”u məğlub etsə, çempion adını qazanacaq.

Exit mobile version