AUT.AZ

Azərbaycan çempionu müəyyənləşdi

Qadınlardan ibarət “Azərreyl” voleybol klubu Azərbaycan Yüksək Liqasının qalibi olub.

Aut.az xəbər verir ki, komanda finalın üçüncü qarşılaşmasında da “Abşeron”a 3:0 (25:16, 25:18, 25:15) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Yüksək Liqada bürünc medalı “Murov” əldə edib.

Exit mobile version