AUT.AZ

“Zaqar”dan sonra günəş kremi: Xaviyə lağ etdi

“Xetafe”nin baş məşqçisi “Barselona”lı həmkarının şikayətlərinə lağ edib.

Aut.az xəbər verir ki, La Liqanın 29-cu turunda “Barselona” “Xetafe”nin müqavimətini qıra bilməyib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Oyundan sonra keçirilən mətbuat konfransında “Barsa”nın baş məşqçisi Xavi deyib ki, komandası belə günəş altında oynamağa öyrəşmədiyi üçün xal itiriblər.

“Xetafe”nin baş məşqçisi Kike Sançes Flores onun bu arqumentinə gülərək lağ edib:

“Nivea… (gülür). “Zaqar”dan sonra günəş kremi. Başqa heç nə bilmirəm”.

“Barselona” 73 xalla İspaniya çempionatının 1-ci pilləsində qərarlaşıb. Komanda ikinci pillədə qərarlaşan “Real”dan 11 xal öndədir.

Aut.az

Exit mobile version