AUT.AZ

Ukrayna millisini Azərbaycan kubokunun qalibi çalışdıra bilər

Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq baş məşqçisi Yuri Maksimov Ukrayna millisinin sükanı arxasına keçə bilər.

Aut.az xəbər verir ki, 55 yaşlı mütəxəssis yığmaya başçılıq etməyə əsas namizədlərdən biridir. Federasiya onunla yanaşı, daha 11 nəfərin namizədliyini müzakirə edir.

Qeyd edək ki, Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında “Keşlə”nin baş məşqçisi olub. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.

Exit mobile version