AUT.AZ

Turun oyunlarını neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqasının XXX turunun oyunlarını izləmiş azarkeş sayı bəlli olub.

Aut.az xəbər verir ki, ən yüksək göstərici Masazırda qeydə alınıb. “Sabah”ın tarixində ilk dəfə “Qarabağ”ı məğlub etdiyi oyunu (2:1) 7000 tamaşaçı stadiondan izləyib.

“Neftçi”nin “Bakcell Arena”da “Qəbələ”yə uduzduğu (1:2) görüşü 2200 tamaşaçı tribunadan izləyib.

Ən aşağı göstərici Zirədə qeydə alınıb. “Zirə”nin “Səbail”i məğlub etdiyi (3:1) matçı 350 tamaşaçı izləyib.

Turun 5 oyununda ümumilikdə 11850 azarkeş arenada izləyib.

“Zirə” – “Səbail” – 350 tamaşaçı
“Neftçi” – “Qəbələ” – 2200 tamaşaçı
“Kəpəz” – “Turan Tovuz” – 800 tamaşaçı
“Şamaxı” – “Sumqayıt” – 1500 tamaşaçı
“Sabah” – “Qarabağ” – 7000 tamaşaçı

Exit mobile version