AUT.AZ

Qonaqlardan ev sahiblərinə “hədiyyə”: Ölü siçovul – FOTO

Aprelin 14-də Lyejdə Belçika çempionatının 33-cü turunun oyunu keçirilib.

Aut.az xəbər verir ki, “Standard” doğma meydanda “Şarlerua”nı qəbul edib və 3:1 hesabı ilə qələbə qazanıb.

Oyun zamanı qonaqların azarkeşləri meydan sahiblərinin fanatlarının tribunasına ölü siçovullar atıblar. Heyvanlar qırmızı boya ilə rənglənmiş olub.

“Əvvəlcə düşündük ki, tribunaya atılan nəsə yüngül bir əşya, alışqandır. Stadiona ölü siçovulların atılacağını heç gözləmirdik. Bu tribunada çoxlu uşaq və əlil arabasında olan insanlar var”, – “Standard” fanatı HLN-ə müsahibəsində deyib.

Aut.az

Exit mobile version