AUT.AZ

 “Qarabağ”la oynamış komanda haqda: Zibildir

“Nant”ın baş məşqçisi Antuan Kombuare “Oser”ə uduzduqdan sonra komandasını sərt tənqid edib.

Aut.az xəbər verir ki, Liqa 1-in 31-ci turunda “Nant” “Oser”ə uduzub (1:2). Klub turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

“Bu gün oyunçular Liqa 1-i tərk etməyə görə narahat deyillər. Biz Avropa Liqasının pley-off mərhələsinə gəldik, iki həftədən sonra “Stade de Fransda” Fransa kubokunun finalında oynayacağıq.

Lakin oyunçular liqanı tərk etmə zonasına düşməlidirlər ki, ayılsınlar, oynamağa başlasınlar. Mən buna hazıram. Onlar təzyiq altında oynamağı xoşlayırlar, ona görə də gəlin gülək. Eşitdim ki, “Oser”də bizi yaxşı komanda hesab edirlər, amma yox, bu komanda zibildir”, – Komboare “Prime Video”-ya müsahibəsində deyib.

Qeyd edək ki, “Nanat” Avropa Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparıb. Bakıda 3:0 hesabı ilə qalib gələn “atlar” səfərdə məğlub olublar – 1:2.

 

Aut.az

Exit mobile version