AUT.AZ

Qəzəblənmək nəyi dəyişəcək? – Daha çox pul və resurs olmayacaq

Yurgen Klopp “Liverpul”un menecerlərinin transfer bazarındakı fəaliyyəti haqda danışıb.

“Mən klubun sahiblərinə qarşı qəzəbli deyiləm. Etdiyimiz hər işlə razı deyiləm. Amma mən öz vəzifəsini icra edən bir işçiyəm və işləməliyəm. Yəni reallaşmayan işlərə görə qəzəblənmək üçün burada deyiləm.

Qəzəblənmək nəyi dəyişəcək ki? Bizim daha çox pulumuz və resursumuz olmayacaq. Əvvəllər necə işləmişiksə, bundan sonra da elə çalışacağıq. Mən bunu dəyişə bilmərəm, heç kim də dəyişə bilməz.

Bu yolda müəyyən uğurlar əldə etmişik. Ötən mövsüm 4 kubok qazana bilməməyimizin bazardakı işlərlə və kifayət qədər futbolçu almamağımızla heç bir əlaqəsi yoxdur.

Ola bilsin, kimsə düşünür ki, müəyyən oyunçuları transfer etsəydik, daha çox xal qazanardıq.

Bizə yaraşan, emblem, klub üçün mübarizə aparmaqdır. Hədəfimiz bizimlə inkişaf etmək istəyənləri transfer etməkdir” – “Liverpul”un baş məşqçisi bildirib.

Aut.az

Exit mobile version