AUT.AZ

Prezident yüksək səslə təsdiqlədi: Qayıdır

“Barselona”nın prezidenti Joan Laporta PSJ-nin hücumçusu Lionel Messinin tezliklə Kataloniya komandasına qayıdacağını bildirib.

Aut.az xəbər verir ki, bu, İspaniya çempionatının 29-cu turunun “Xetafe” ilə oyunundan (0:0) əvvəl Laportanın azarkeşlərlə ünsiyyəti zamanı baş verib.

“Messi “Barsa”ya qayıdacaqmı?” sualına Joan Laporta yüksək səslə və aydın şəkildə “Bəli” cavabını verib.

Xatırladaq ki, Messi 2005-2021-ci illərdə “Barselona”da çıxış edib.

35 yaşlı Leonun PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Aut.az

Exit mobile version