AUT.AZ

Orada təyyarədə yaşayırmış, burada isə avtobusda

Kiyev “Dinamo”nun baş məşqçisi Mirça Luçesku hava hücumu xəbərdarlığı haqda danışıb.

Aut.az xəbər verir ki, Luçesku hava həyəcan siqnalına görə narahat olmadığını deyib:

“Hava hücumu xəbərdarlığını eşidəndə qorxmuram. Həyatımda çox şey yaşadım. 2014-cü ildə Donbasda münaqişə başlayanda mən “Şaxtyor”da idim. Komanda fantastik dövr keçirmişdi,  şəhər inkişaf etmişdi.

Biz yeni beşulduzlu stadionda oynadıq. Orada da belə idi: mən təyyarədə yaşayırdım, daim yolda olurdum. İndi avtobusda yaşayırıq.

Vidalaşmaq mənim üçün asan olardı, amma işləri yarımçıq qoymaq üslubum deyil. Biz futbolu Ukraynada saxlamağa çalışırıq, çünki futbol həyatdır”.

Aut.az

Exit mobile version