AUT.AZ

O, tramvayı, yoxsa tramvay onu vurub?

“Latsio”nun və İtaliya millisinin hücumçusu Çiro İmmobile əmindir ki, ötən həftəsonu baş vermiş qəzada günahı yoxdur.

Aut.az xəbər verir ki, futbolçu sosial şəbəkələrdə vəkilinin açıqlamasını paylaşıb.

“Bu gün baş verənlərdən şoka düşən müştərim Çiro İmmobilenin fikirləri iki qızı və tez sağalacağına ümid etdiyi tramvayın sürücüsü ilə bağlıdır.

O, heç kimin ciddi xəsarət almadığı üçün mənəvi cəhətdən rahatdır və əmindir ki, yol hərəkəti qaydalarını pozmayıb. O, araşdırma aparan hakimiyyət orqanlarına tam etibar edir”, – deyə italyan vəkil Erdis Doraçi yazıb.

Xatırladaq ki, bazar günü səhər “Latsio”nun hücumçusunun idarə etdiyi “Land Rover” markalı avtomobil tramvayla toqquşub. Futbolçu onurğasını zədələyib, qabırğasını sındırıb. İmmobile bildirib ki, tramvay işıqforun qırmızı işığından keçib.

“La Repubblica” xəbər verir ki, tramvay sürücüsü də yaşıl işıqda hərəkət etdiyini və futbolçunu yüksək sürətlə yaxınlaşdığını bildirib.

Aut.az

 

Exit mobile version