AUT.AZ

Məşqçi katoliklərdən oruc tutub-tutmadıqlarını soruşurmu?

Samir Nəsri Ramazan ayında futbolçuların oruc tutmasına münasibət bildirib.

Aut.az xəbər verir ki, Samir bu məsələnin ictimai müzakirəyə çıxarılmasının yolverilməz olduğunu deyib.

“Niyə klublar bir futbolçunun Ramazan ayında oruc tutub-tutmadığını bilməlidir? Mənim vaxtımda heç kim oruc tutduğumu soruşmadı. Bu gün ictimai müzakirə obyektinə çevrilib, insanlar nə qədər oyunçunun oruc tutduğunu bilmək istəyirlər.

Bu, hər kəsin şəxsi işi olaraq qalmalıdır. Məşqçi katoliklərdən oruc tutub-tutmadıqlarını soruşurmu? 20 il əvvəl Ramazanla bağlı suallar niyə gündəmə gəlmirdi?

Kərim Benzema, ümumiyyətlə Ramazan ayında ən yaxşı formada olur. Əgər oyunçu yaxşı çıxış etmirsə, sadəcə onu əvəz edin, vəssalam.

Hər kəsin öz hissləri var, bəzi oyunçuları inancları idarə edir. Bəziləri isə fast-food yeyir və het-trik edir”, – Fransa millisinin keçmiş yarımmüdafiəçisi “Canal +”ə deyib.

Aut.az

Exit mobile version