AUT.AZ

Məşhur mütəxəssisə ömürlük cəza – Oyun alverinə görə

Lozanna İdman Arbitraj Məhkəməsi (CAS) “Sumı” komandasının baş məşqçi Aleksandr Sevidovla bağlı qərar çıxarıb.

Aut.az Ukrayna Futbol Assosiasiyasına istinadla xəbər verir ki, CAS Sevidova hər hansı futbol fəaliyyətini (idman, inzibati və digər) ömürlük qadağan edən UAF Apellyasiya Komitəsinin qərarını qüvvədə saxlayıb.

“Sumı”da məşqçilər korpusunun məsləhətçisi kimi çalışmış Sevidov günahını dəfələrlə inkar edib.

İş 2019-cu ildən, “Sumı”nın peşəkar statusdan məhrum edildiyi vaxtdan bəri uzanır. Bundan əlavə, məşqçilər, oyunçular və klub rəsmiləri müxtəlif diskvalifikasiyalara məruz qalıblar.

Aut.az

 

Exit mobile version